CAVAB GƏLDİ: "İşləmək üçün hardasa gözüm yoxdur"

5 Mart 2020 23:10 Milli komanda 752
CAVAB GƏLDİ: "İşləmək üçün hardasa gözüm yoxdur"

"Açığı, rəqiblərimiz haqqında o qədər də geniş bilgiyə sahib deyiləm.

Ümumi onu deyə bilərəm ki, qrupumuzda zəif komanda yoxdur. Bütün görüşlər gərgin keçəcək. Ümid edirəm, əzimkar oyunla yaxşı nəticə qazanmaq olacaq"

Bu sözləri Sportinfo.az-a Millətlər Liqasındakı rəqiblərimizi dəyərləndirən "Sumqayıt"ın baş məşqçisi Ayxan Abbasov deyib.

O, yığmaya baş məşqçi seçimi ilə bağlı bunları söyləyib: "Məşqçinin keyfiyyətinə, iş prinsipinə baxmaq lazımdır. Bu gün millimizin potensialına, futbolçuların xarakterinə görə məşqçi gətirmək lazımdır.

Ona baxmaq lazımdır ki, sənin millində hansı səviyyədə futbolçular var və onlarla hansı məşqçi dil tapıb işləyə bilər. Məşqçi taktikada güclü ola bilər, amma unutmayaq ki, meydançada son sözü deyən futbolçulardı.

Biz hamımız namizəd adı çəkirik, amma hamımız da bilirik, milliyə əcnəbi baş məşqçi gələcək. Bunu rəsmi olaraq açıqlayıblar.

Bundan sonra hansısa yerli baş məşqçi adı çəkmək düzgün deyil. Məşqçi təyinatın gözləməliyik. Kim olacaqsa, uğur arzulayıb, əlimizdən gələn köməyi etməyə çalışacağıq"

Gənc baş məşqçi, dünən Ağasəlim Mircavadovun saytımıza açıqlamasında "Millimizi çalışdırmağa təcrübəli yerli gənc baş məşqçi yoxdur. Rəşad Sadıqov, Ayxan Abbasov və Samir Abasov hələ klubda nəsə ediblər?" fikrinə də münasbət bildirib:

"Mövzu elədir ki, bu haqda saatlarla danışmaq olar. Çox istərdim ki, millimizə yeni baş məşqçi tezliklə təyin olunsun.

Bununla, həm də aradakı bu söz-söhbətlər başa çatsın. Bu gün mən "Sumqayıt"dayam, işimiz çoxdur. İşləmək üçün hardasa gözüm yoxdur.

Düzdü, millidə işləmək böyük məsuliyyətdir. Bununla razılaşıram. Amma bu gün dünya futbolunda bir çox metodlar var ki, sonda uğur gətirir.

Mən də belə bir sual verim, Andrey Şevçenko Ukrayna millisinə təyin olunanda hardasa milli təcrübəsi var idi? Bizim təcrübəli məşqçilər millidə işləməyə başlayanda təcrübələri vardı? Onlar da işləyə-işləyə təcrübə qazanıblar.

Belə misallar çoxdur. O qədər təcrübəli məşqçilər olub ki, təyinat aldıqları millidə uğursuzluq yaşayıblar. Məsələyə belə yanaşmaq düzgün deyil".

Mən onun tərəfdarıyam ki, biz bir-birimizə dəstək verməli, uğurlarımıza sevinməliyik. Məncə, bizdə yetəri qədər savadlı gənc məşqçilər var"

Digər Xəbərlər
Xəbər Lenti
24 Aprel 16:50 Çək və bizə göndər!
24 Aprel 09:40 "Neftçi" canlı yayımda