Məşhur məşqçi AFFA-ya nə dedi? – "Takvim" Sportinfo.az-dan yazdı

11 Fevral 2020 17:22 Milli komanda 1 792
Məşhur məşqçi AFFA-ya nə dedi? – "Takvim" Sportinfo.az-dan yazdı

Bir qədər öncə xəbər vermişdik ki, «Hürriyet» Abdullah Avcının AFFA ilə danışıqlar aparması barədə yaydığımız xəbərə öz səhifələrində yer verib.

Daha əvvəl «Milliyet» saytımızın üzə çıxardığı məlumatı işıqlandırmış və bizə istinad etmişdi.

Həmçinin «Takvim» Sportinfo.az-ın xəbər başlığını paylaşaraq, AFFA-nın icraçı vitse-prezidenti Elxan Məmmədovun «Beşiktaş»ın sabiq baş məşqçisi ilə görüşmək məqsədilə İstanbula gəldiyini qeyd edib (https://www.takvim.com.tr/spor/2020/02/11/son-dakika-transfer-surprizi-abdullah-avciya-surpriz-talip).

Artıq əminliklə deyə bilərik ki, qonşu ölkənin mediası bütünlüklə Sportinfo.az-ın sensasiyalı informasyiasına fokuslanıb.

«Hürriyet» bu gün məlumat yayıb ki, AFFA rəhbərliyi Abdullah Avcı ilə görüş keçirib. Federasiya r56 yaşlı mütəxəssisi millimizin başına gətirmək istəyir. Avcı hələlik təklifi qəbul etməyib. Onun yaxın günlərdə son qərarını verecəyi bildirilir.

Abdullah Avcı mövsümə “Beşiktaş”da başlasa da, uğursuz gedişatın ardından istefaya yollanıb. O, 2011-13- cü llərdə Türkiyə millisini çalışdırıb.

Sportinfo.az-ın aldığı yeni məlumata görə, AFFA tanınmış mütəxəssisə kifayət qədər yüksək müqavilə şərtləri təklif edib. Razılıq versə, sonradan artırılmaq şərtiylə 2 illik kontrakt imzalanacaq. Hələlik isə Avcı istirahət eləmək fikrindədir. «Beşiktaş»dan qalmalla ayrılan çalışdırıcı bir müddət dincəlmək istədiyini Azərbaycandan gələn elçilərə söyləyib. O, bəzi Super Liqa klublarından və ölkə xaricindən başqa dəvət aldığını, yuxarıdakı səbəb üzündən gözləmə mövqeyi tutduğunu qeyd edib.

Digər Xəbərlər
Xəbər Lenti