Millimizin üzvü Ukraynadan ayrılır - "Onun vaxtı başa çatır"

19 Yanvar 2020 16:45 Milli komanda 750
Millimizin üzvü Ukraynadan ayrılır -

Milli komandamızın müdafiəçisi Pavel Paşayev qış fasiləsində "Aleksandriya"nı tərk edə bilər.

Sportinfo.az xəbər verir ki, bu barədə Ukrayn mətbuatı yazıb. "Football.ua" saytı komandadan göndərilməli olan futbolçuların siyahısını açıqlayıb. Beş oyunçu arasında Paşayev də var. Ukraynalı həmkarlarımız hesab edirlər ki, 32 yaşlı futbolçunun getmək vaxtı çatıb:

"Pavel Paşayev uzun müddətdir "Aleksandriya"dadır. Amma deyəsən, onun komandadakı vaxtı tədricən başa çatır. Müdafiəçi Ukrayna çempionatının bəzi oyunlarında yaxşı təsir bağışlasa da, Avropa Liqasında etibarlı oynamadı".

Paşayev 2017-ci ildən "Aleksandriya"da çıxış edir.

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"