Portuqaliya milli komandasının baş məşqçisi postuna Jorji Jezuş gətiriləcək.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, 71 yaşlı mütəxəssis Portuqaliya Futbol Federasiyası ilə anlaşıb.
O, AVRO-2028 və Portuqaliyanın İspaniya, həmçinin Mərakeşlə birgə ev sahibliyi edəcəyi DÇ-2030-u əhatə edən dövr üçün komandaya rəhbərlik edəcək.
Çalışdırıcı sonuncu olaraq Səudiyyə Ərəbistanının “Əl-Nəsr” klubuna rəhbərlik edib. O, Portuqaliya nümayəndə heyəti ABŞ-dən qayıtdıqdan sonra müqavilə imzalamaq üçün federasiya prezidenti ilə görüşəcək.
Portuqaliya millisi DÇ-2026-nın 1/8 finalında İspaniyaya 0:1 hesabı ilə məğlub olaraq mübarizəni dayandırıb.

