“Şəfa”nın yeni mövsüm üçün hazırlıq planında dəyişiklik edilib.
Komandanın əvvəlcədən Qəbələdə keçirilməsi planlaşdırılan təlim-məşq toplanışı ləğv olunub.
Bakı təmsilçisi hazırlığını paytaxtda davam etdirəcək.
Bu da səbəbsiz deyil, məcburiyyətdən irəli gələn haldır. Belə ki, «Şəfa»nın Qəbələyə getməsinin qarşısını «Qəbələ» alıb.
Necə? Deməli, Zaur Haşımovun çalışdırdığı kollektiv «Qəbələ»yə aid oteldə yerləşməkdən imtina edib. Sırf şəraitsizliyə görə.
Otelin vəziyyəti yaxşı olmadığından, «Şəfa» rayon ərazisində başqa məkan seçib. Bu da «Qəbələ» mənsublarının xoşuna gəlməyib.
Və haqsız yerə acığa düşərək, bakılıların onlara məxsus meydançalarda məşq etməsinə icazə verməyiblər.
«Ya bizim oteli seçəcəksiz, ya da burada toplanış keçməyəcəksiz» - şərtləri belə olub. “Şəfa” tərəfi isə peşəkarlığı əsas götürərək, Qəbələ səfərindən imtina edib.
SPORTİNFO.AZ

