Messi həmişə rekord qırırdı, indi isə... Onu üzən VİDEO

Messi həmişə rekord qırırdı, indi isə... Onu üzən VİDEO

Argentina millisinin kapitanı Lionel Messi dünya çempionatları tarixinə qaçırdığı penaltilərlə də düşüb.

Sportinfo.az xəbər verir ki, 39 yaşlı hücumçu 2026-cı il dünya çempionatının 1/8 final mərhələsində Misirə qarşı keçirilən görüşdə penaltidən yararlana bilməyib.

Bununla da Messinin dünya çempionatlarında yerinə yetirdiyi 8 penaltnin 4-ü uğursuz olub.

Belə ki, ulduz futbolçu ilk dəfə 2018-ci il dünya çempionatında İslandiya ilə oyunda penaltini qaçırıb.

2022-ci il mundialında isə Səudiyyə Ərəbistanı, Niderland, Xorvatiya və Fransa ilə görüşlərdə penalti zərbələrini dəqiq yerinə yetirib. Həmin turnirdə Polşa ilə qarşılaşmada penaltidən yararlana bilməyib.

2026-cı il dünya çempionatında Avstriya və Misirlə matçlarda da penalti zərbələrini qola çevirə bilməyən argentinalı futbolçu mundiallar tarixində ən çox penalti qaçıran oyunçu olub.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti