72 ildən sonra dünya çempionatının 1/4 finalında - VİDEO

72 ildən sonra dünya çempionatının 1/4 finalında - VİDEO

İsveçrə dünya çempionatında 1/4 finala yüksələrək tarixi uğura imza atıb.

Sportinfo.az xəbər verir ki, İsveçrə yığması dünya çempionatları tarixində dördüncü dəfə, son 72 ildə isə ilk dəfə bu mərhələdə mübarizə aparacaq.

İsveçrəlilər daha əvvəl 1934, 1938 və 1954-cü illərdə dünya çempionatlarının 1/4 final mərhələsinə yüksəlsələr də, heç vaxt yarımfinala adlaya bilməyiblər.

Komanda son üç mundialda isə mübarizəni 1/8 finalda başa vurmuşdu.

İsveçrə millisi 2026-cı il dünya çempionatının 1/8 finalında Kolumbiyanı əsas və əlavə vaxtı qolsuz başa çatan oyundan sonra penaltilər seriyasında 4:3 hesabı ilə məğlub edib.

İsveçrə yığmasının 1/4 finaldakı rəqibi son dünya çempionu olan Argentina millisi olacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti