Kamilo Duran hazırda Şotlandiyadadır.
«Qarabağ»ın «Seltik»ə satdığı hücumçu 2 günlük tibbi bazışa cəlb olunub.
Sağlıq durumunda bir problem aşkarlanmasa, bu gün rəsmi müqaviləyə imza atacaq. Nəzərdə tutulmuş kontraktın müddəti 3+1 ildir.
24 yaşlı kolumbiyalı ötən mövsüm “Qarabağ”ın heyətində 48 oyunda 15 qol vurub, 10 məhsuldar ötürmə edib. O, Çempionlar Liqasında keçirdiyi 10 matçda 5 qolla yadda qalıb.
Şotlandiya mətbuatının yazdığına görə, "Seltik" bu transfer üçün "Qarabağ"a 5,5 milyon funt sterlinq (6,4 milyon avro və ya 12 milyon 500 min manat) təzminat ödəyəcək.
Bu, Azərbaycan futbolu tarixində satılan ən bahalı keçid olacaq. Ağdam klubu həmin məbləği birdəfəltk alacaq.
Şotlandiya nəhəngi kompensasiyanı hissə-hissə ödəmək istəsə də, «köhlən atlar» razılaşmayıb. Göstərilən vəsait yaxın vaxtlarda klubun hesabına yatırılacaq.
SPORTİNFO.AZ

