Braziliyalı mərkəz müdafiəçisinin Azərbaycan klubuna keçidi an məsələsidir

8 İyul 12:40 Zirə 1 846
Braziliyalı mərkəz müdafiəçisinin Azərbaycan klubuna keçidi an məsələsidir

"Zirə" transfer çalışmalarını davam etdirir.

Sportinfo.az xəbər verir ki, sportal.az-a verilən məlumata görə, qəsəbə təmsilçisi Rafael Verneki heyətinə qatmağı planlaşdırır.

Braziliyalı mərkəz müdafiəçinin “Zirə”yə keçidi an məsələsidir. Əgər tərəflər arasında yekun razılıq olarsa, 21 yaşlı futbolçu ölkəmizə gələcək, müqavilə imzalanacaq.

“Sfera”nın(Braziliya) yetirməsi olan Rafael “Quarani”(U-20), “San Bento”(U-20) klublarında oynadıqdan sonra yayda Bəhreynin “Ə-Əli” klubuna keçib.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!