Qurban Qurbanovun sözündən çıxan kiminlə komanda yoldaşı oldu?

20:00 Qarabağ 337
Qurban Qurbanovun sözündən çıxan kiminlə komanda yoldaşı oldu?

“Qarabağ”dan ayrılan Sami Mmaee karyerasını Kiprdə davam etdirə bilər.

Bu barədə yerli mətbuat yazıb.

“Pafos FC News” adlı səhifənin yaydığı məlumata görə, “Pafos” Mərakeş əsilli fransız müdafiəçi ilə yaxından maraqlanır.

Saminin müqavilə ilə 2028-ci ilin yayına qədər“Dnamo Zaqreb”ə məxsus oması kiprliləri Xorvatiya klubu ilə razılaşmağa məcbur edir. Lakin bu məsələdə Mmaeenin də fikri önəmlidir.

Kiprə getmək istəsə, “Dinamo” ona problem yaratmayacaq. Çünki zaqreblilər onu əsas heyətdə yer vermək fikrində deyil.

O isə daim oynaya biləcəyi ünvana üz tutmaqda həvəslidir.

Maraq üçün bildirək ki, 29 yaşlı futbolçu ötən mövsüm icarə əsasında “Qarabağ”ın sıralarında olub.

Şans qazandığı 15 oyunda 1 qola imzasını yazdırsa da, bu ilin mart ayında Bakıda “Nyukasl”la baş tutan oyunun gedişində əvəzetmədən meydana daxil olmağa etiraz etdiyi üçün Qurban Qurbanovun qəzəbinə tuş gəlmişdi.

Əsas komandadan uzaqlaşdırılmış, ardınca mövsümün başa çatmasnı gözləmədən Bakını tərk etmişdi.

Maraq üçün bildirək ki, Saminin “Pafos”a keçidi alınsa, o, bu yay “Neftçi”dən ayrılan Murad Məmmədovla komanda yoldaşı olacaq.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti