“Yeni oyunçular alıblar, onları sürpriz komanda sayıram”

13:40 Zirə 321
“Yeni oyunçular alıblar, onları sürpriz komanda sayıram”

Kutaisi "Torpedo"su "Zirə"ni tam təhlil edib.

Sportinfo.az xəbər verir ki, bu barədə komandanın futbolçusu Komnen Andriç mətbuat konfransında deyib.

Serbiyalı oyunçu Sumqayıtda "Zirə"yə qarşı keçirəcəkləri Konfrans Liqasının I təsnifat mərhələsinin ilk oyunu haqqında fikirlərini bölüşüb:

"Zirə"ni tam təhlil etmişik. Azərbaycan çempionatını izləyirəm.

İlk saniyələrdən topa nəzarət etməliyik. Yeni transferlər ediblər. Onları sürpriz komanda sayıram.

Bu matça hazırıq. Öz sözümüzü deməyə çalışacağıq".

"Zirə" - "Torpedo" oyunu iyulun 8-də, saat 20:00-da Mehdi Hüsenyzadə adına Sumqayıt şəhər stadionunda keçiriləcək. Cavab qarşılaşması iyulun 16-da baş tutacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti