Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi oldu

8 İyul 04:10 Voleybol 536
Avropa çempionatının kubokunun Bakıda təqdimat mərasimi oldu

Azərbaycanın da ev sahibi olduğu qadın voleybolçular arasında Avropa çempionatının (CEV EuroVolley Women 2026) maskotu, topu və kuboku təqdim olunub.

Sportinfo.az xəbər verir ki, tədbir Gənclər və İdman Nazirliyinin Voleybol Mərkəzində keçirilib.

Mərasimdə həmçinin Azərbaycan Voleybol Federasiyasının yeni loqotipi və yenilənmiş internet saytı da təqdim olunub.

Azərbaycan Avropa çempionatının C qrupuna ev sahibliyi edəcək. Bu qrupda Azərbaycan, Portuqaliya, Niderland, Belçika, Rumıniya və İspaniya milliləri mübarizə aparacaqlar.

Bakıdakı qarşılaşmalar avqustun 21-28-də Milli Gimnastika Arenasında keçiriləcək.

Digər Xəbərlər
Xəbər Lenti
22 Oktyabr 18:10 Çək və bizə göndər!
22 Oktyabr 15:15 "Sportinfo TV”də GÜNDƏM