"Zirə" gürcülərin "Torpedo"sunu darmadağın etdi

8 İyul 21:55 Zirə 820
"Zirə" gürcülərin "Torpedo"sunu darmadağın etdi

“Zirə” bu gün Konfrans Liqasının 1-ci təsnifat mərhələsində ilk oyununa çıxıb.

Sportinfo.az xəbər verir ki, Rəşad Sadıqovun rəhbərlik etdiyi komanda Gürcüstandan “Torpedo” (Kutaisi) ilə qarşılaşıb.

Komandalar arasındakı ilk oyun Sumqayıtda keçirilib. Finlandiyalı hakimlər briqadasının idarə etdiyi oyunda Azərbaycan təmsilçisi darmadağına sevinib.

Cavab qarşılaşması iyulun 16-da Gürcüstanda keçiriləcək.

"Zirə" – "Torpedo" 3:0
Qollar: Ruan Renato, 32; 64-pen. Davit Volkov, 47.
Baş hakim: Yani Hüytiya (Finlandiya).
Sumqayıt şəhər stadionu.

"Zirə": 13. Aydın Bayramov, 2. Amin Seydiyev, 4. Ruan Renato, 5. Anje Mutsinzi, 7. Eren Aydın, 9. Davit Volkov, 10. Georgi Papunaşvili, 11. Martins Junior, 17. Vieyrinya, 32. Qismət Aliyev (k), 93. Brahim Konate.
Ehtiyat oyunçular: 72. Hüseynəli Quliyev, 99. Səlim Həşimov, 6. Hacıağa Hacılı, 8. İsmayıl İbrahimli, 14. Elçin Əlicanov, 20. İssa Cibrilla, 22. Ayxan Hüseynov, 29. Diqbeu Krismael, 48. Ramiz Muradov, 57. Yusif Hacıyev, 70. Namik Ələskərov, 77. Yeqor Boqomolski.
Baş məşqçi: Rəşad Sadıqov.

"Torpedo": 1. Oto Qoşadze, 4. Matey Şimiç, 6. Məhəmməd Şerif, 7. Vladimer Mamuçaşvili (k), 9. Komnen Andriç, 11. Georgi Arabidze, 14. Felipe Pires, 15. Luka Kuprava, 16. Sori Mane, 22. Dato Bukiya, 39. Vircil Pinson.
Ehtiyat oyunçular: 31. Filip Klayçiç, 38. Soşo Kopaliani, 3. Rikardo Arauxo, 5. Tsotne Nadaraya, 20. Dino Skorup, 24. Luka Latsabidze, 29. Malxaji Çitaişvili, 30. Tornike Antiya, 33. Mateo Stamatov, 35. Dieqo Deysadze, 36. Luka Pridonişvili.
Baş məşqçi: Dirk Şuster.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
16 İyul 17:30 Çək və bizə göndər!