Millimizin fiaskosunun canlı şahidi Azərbaycana gəldi

19:40 Zirə 147
Millimizin fiaskosunun canlı şahidi Azərbaycana gəldi

“Zirə”nin Konfrans Liqasının 1-ci təsnifat mərhələsi çərçivəsində Kutaisi “Torpedo”su ilə keçirəcəyi oyunun hakim təyinatları açıqlanıb.

Bu gün Sumqayıtda keçiriləcək “Zirə” – “Torpedo” görüşünü finlandiyalı hakimlər briqadası idarə edəcək.

Meydanda yaşananlara Yoni Hüytiya nəzarət edəcək. Ona yan xətlərdə Veli-Matti Leppenen və Yusso Mantere köməklik edəcək.

Dördüncü hakim isə Peyman Simani olacaq.

37 yaşlı Hüytini 1-ci mərhələ oyunu üçün təcrübəli hesab etmək olar. 2017-ci ildən Finlandiyanın yüksək liqa oyunlarına təyinat alan ədalət təmsilçisi 2021-ci ildən yaxasında FİFA-nın emblemini daşıyır.

Daxili yarışlarda 200-dən çox matç idarə etməsinə baxmayaraq, avrokubok təcrübəsi 8 oyunla məhdudlaşır. 6-si Konfrans Liqasının, 1-I Çempionlar Liqasının təsnifat mərhələlərinin payına düşür.

2022-ci ilin payızında Konfrans Liqasının qrup mərhələsi çərçivəsində baş tutan “Vest Hem” – “Silkeborq” qarşılaşmasını idarə edən fin referi sonrakı mövsümlərdə qrup mərhələsində görünməyib.

U-17, U-19 və U-21 millilərinin təsnifat mərhələsində oyunlar idarə edən Hüytinin yolu bizimkilərlə iki dəfə kəsişib.

2023-cü ilin oktyabrında U-17-lər arasındakı Avropa çempionatının təsnifat mərhələsi çərçivəsində Serbiya – Azərbaycan qarşılaşmasını bu şəxs idarə edib. Baş hakim 6 dəfə mərkəzi göstərib ki, 5 dəfə bizimkiləri, 1 dəfə serbləri topun başına dəvət edib.

İkinci dəfə elə həmin tunirdə, həmin seçmə mərhələdə, bu dəfə 17 yaşlılarımızın Lüksemburqla qarşılaşmasında fit çalıb. Oyun 1:1 hesabı ilə sonuçlanıb.

Peşəkar karyerası ərzində 276 görüşdə meydana baş hakim kimi ayaq basan Yoninin çıxardığı vərəqələrin sayı 925 dəfə sarı, 25 dəfə qırmızı olub. 20 halda isə ikinci “sarı”dan sonra qovulmaq qərarını verib. 59 dəfə qapılara penalty təyin etdiyini də maraq üçün xatırladaq.

İyulun 8-də “SOCAR Polymer Arena”da baş tutacaq “Zirə” – “Torpedo” qarşılaşması Bakı vaxtı ilə saat 20:00-da start götürəcək.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti