"Guya mənim sözümlə "Neftçi"də rəhbərliyi dəyişəcəklər?"

21 May 2023 22:40 Milli komanda 937
"Guya mənim sözümlə "Neftçi"də rəhbərliyi dəyişəcəklər?"

“Neftçi” çox zəifləyib.

Komanda heç oyun göstərmir. Bu gün sərgilədiyi oyun klubun adına layiq deyil”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında Azərbaycan millisinin sabiq hücumçusu Zaur Ramazanov deyib.

“Ağ-qaralar”ın cari mövsümdəki çıxışı haqda danışan B kateqroiyalı mütəxəssis işin bu yerə gəlib çatmasına görə günahı Laurentsiu Regekampfda görür.

Ramazanovun fikrincə, bakılılar ölkə kubokunu qazana bilməsə, “Neftçi”də ciddi dəyişikliklər olmalıdır:

“Baxırsan, heyət yaxşıdır, komandanın başında legioner məşqçi var. Amma nəsə alınmır.

Yəqin məşqçi işləyə bilmir. Komandanın içində deyilik deyə, dəqiq fikir demək olmur.

Kubok son şansdır. Titula sahib ola bilməsələr, dəyişikliklər olmalıdır. İnanmıram ki, baş məşqçini saxlasınlar.

Rəhbərlik qalacaq, yoxsa gedəcək? Onu deyə bilmərəm. Guya mənim deməyimlə rəhbərliyi dəyişəcəklər?

Komandaya məşqçi cavabdehdir. Hədəfin öhdəsindən gələ bilməsə, dəyişiklik olmalıdır”.

HƏBİB

Digər Xəbərlər
Xəbər Lenti
18 Oktyabr 18:50 Çək və bizə göndər!
18 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
18 Oktyabr 08:20 Əsgərov PAOK yolunda
18 Oktyabr 03:50 UEFA-nın kursu Qubada
18 Oktyabr 01:00 “Qarabağ”a qayıtdı!