Azərbaycanın bu millisi İraqa 2 qolla qalib gəldi

22:40 Milli komanda 120
Azərbaycanın bu millisi İraqa 2 qolla qalib gəldi

Azərbaycanın 20 yaşadək futbolçulardan ibarət millisi Bakıda təşkil olunan təlim-məşq toplanışında 2-ci yoldaşlıq oyununu keçirib.

Sportinfo.az xəbər verir ki, Ruy Jorjenin baş məşqçisi olduğu kollektiv bu gün İraqın müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.

Tofiq Bəhramov adına Respublika Stadionunda keçirilən matçda yığmamız 2:1 hesabı ilə qalib gəlib.

Komandalar arasında noyabrın 17-də Sumqayıtdakı "SOCAR Polymer Arena"da keçirilən ilk oyun 0:0 hesablı heç-heçə ilə başa çatıb.

Azərbaycan (U-20) – İraq (U-20) 2:1

Qollar: Nicat Nərimanov, 25; Şahin İbrahimov, 45 - Moamel Malik Sabah, 67

Digər Xəbərlər
Xəbər Lenti