AFFA milliyə texniki məğlubiyyət iddialarını YALANLADI

08:50 Milli komanda 40
AFFA milliyə texniki məğlubiyyət iddialarını YALANLADI

Mediada Bədavi Hüseynovun Andorra – Azərbaycan matçının oyun protokolunda yer almaması ilə əlaqədar Azərbaycan millisinə texniki məğlubiyyət veriləcəyi barədə xəbərlər yayılıb.

Sportinfo.az xəbər verir ki, bu barədə AFFA açıqlama yayıb.

Bildiririk ki, Bədavi Hüseynovun adı UEFA-nın rəsmi platformasında yayımlanan Andorra – Azərbaycan oyununun protokolunda yer alıb.

AFFA-ya qarşılaşma ilə bağlı hər hansı qayda pozuntusu və ya texniki məğlubiyyət ehtimalı üzrə rəsmi müraciət daxil olmayıb.

Təəssüf ki, bu cür xəbərlər AFFA ilə dəqiqləşdirilmədən, qurumun mövqeyi öyrənilmədən ictimaiyyətə təqdim olunur.

Digər Xəbərlər
Xəbər Lenti
21 Noyabr 18:10 Çək və bizə göndər!