15 yaşadək futbolçulardan ibarət Azərbaycan millisi noyabrın 23-də Bayıl İnkişaf Mərkəzində təlim-məşq toplanışına başlayıb.
Sportinfo.az AFFA-nın saytına istinadən xəbər verir ki, hazırlıq prosesi noyabrın 27-dək davam edəcək.
Toplanışa dəvət olunmuş futbolçuların siyahısını təqdim edirik:
Çingiz Müslümov, Elman Tahirov, Eldar Hüseynov, Fəqan İbrahimov, Əli Hüseynli (hamısı "Sabah"), Vüsal Atakişiyev, Fərman Əsədov , Emil Əhmədov, Əli Kamal (hamısı "Qarabağ"), Toğrul Məmmədov, Hacımurad Abuşov, Yusif İbrahimli, Ömər Verdiyev (hamısı "Neftçi"), Kənan Həsənli ("Sumqayıt"), Mehman Pur Rza, Yunis Oruczadə, Tunar Qurbanlı (hamısı "Sumqayıt"), Uğur Əlizadə ("Ulduz FA"), Hüseyn Rəhimov ("Qəbələ"), Tunar Namazlı, Ayxan Yolçuzadə, Əfqan Musayev (hamısı "Turan Tovuz"), İbrahim Hüseynov, Sadiq Tağıyev (ikisi də "Kəpəz"), Amin Mərdanov, Fuad Məmmədli (ikisi də "Zirə"), Fərxad Həsənli ("Binə").
