Mübariz Mənsimov Livandakı partlayışdan ziyan gördü

5 Avqust 2020 10:24 Maraqlı 8 868
Mübariz Mənsimov Livandakı partlayışdan ziyan gördü

Livanın paytaxtı Beyrut şəhərində baş vermiş güclü partlayış nəticəsində həmin vaxt Beyrut limanında "Xəzər Lənkəran"ın sahibi Mübariz Mənsimova məxsus "Palmali Holding"in “Kapitan Nagdaliyev” gəmisi də olub.

Sportinfo.az xəbər verir ki, bu barədə “Palmali” Şirkətlər Qrupunun sözçüsü Fidan Quliyeva bildirib.

“Palmali” şirkətinə məxsus gəminin heyət üzvləri arasında xəsarət alan yaxud ölənlər yoxdur. Bununla belə güclü partlayış nəticəsində gəmiyə az da olsa, ziyan dəyib.

Verilən məlumata əsasən, “Kapitan Nagdaliyev” gəmisinin 12 heyət üzvü sahilə çıxarılıb. “Palmali” şirkəti gəminin heyəti ilə mütəmadi olaraq əlaqə saxlayır”, - deyə F.Quliyeva söyləyib.

Digər Xəbərlər
Xəbər Lenti
17 Sentyabr 23:40 Baxşıyevin ədaləti!
17 Sentyabr 18:10 Çək və bizə göndər!
17 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM