“Hədəfim Azərbaycanı təmsil etmək, ölkəmizin gücünü dünyaya göstərməkdir" - FOTOLAR

20 May 2024 02:30 Digər növlər 1 091
“Hədəfim Azərbaycanı təmsil etmək, ölkəmizin gücünü dünyaya göstərməkdir" - FOTOLAR

Azərbaycanın MMA döyüşçüsü Mirəli Hüseynov ABŞ-nin Kaliforniya ştatının Sakramento şəhərində keçirilən “Night of Champions” yarışında gecənin əsas döyüşündə qalib gələrək çempionluq kəməri qazanıb.

Sportinfo.az xəbər verir ki, yarış UFC-də ("Ultimate Fighting Championship") iştirak etmək üçün idmançılara vəsiqə verən Kaliforniyanın bir nömrəli döyüş təşkilatı olan “A1 Combat” tərəfindən təşkil olunub.

29 yaşlı həmyerlimiz gecənin əsas yarışında 75 kq çəki dərəcəsində ilk raundda rəqibini nokauta göndərib. O, yarışda 9 döyüşü qələbə ilə başa vuran tanınmış yerli döyüşçü Sinjen Smitə qalib gəlib.

Mirəli Hüseynov qələbəsini arenada Azərbaycanın üçrəngli bayrağına bürünərək qeyd edib.

O, “report”a müsahibəsində bildirib ki, bu qalibiyyət ona UFC-nin qapılarını açacaq:

“Hədəfim UFC-də Azərbaycanı təmsil etmək, ölkəmizin gücünü dünyaya göstərməkdir. Artıq bununla bağlı danışıqlar gedir və bir neçə günə UFC-də iştirakımla bağlı bizə məlumat veriləcək”.

M.Hüseynov iki ildir Kaliforniyada “America Kickboxing Academy”də yarışlara hazırlaşır. O, bu ilin fevralında “Lights Out Xtreme Fighting” yarışında kəmər qazanıb.

Digər Xəbərlər
Xəbər Lenti
30 Sentyabr 16:10 Çək və bizə göndər!
30 Sentyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
30 Sentyabr 04:30 Yeni loqo təqdim olundu
30 Sentyabr 03:50 “Çox əziyyət çəkirik”
30 Sentyabr 03:40 Komandamızın 1:1-i