Bu dərman koronavirusu öldürür - Türk professor açıqladı

6 Aprel 00:38 Maraqlı 463
Bu dərman koronavirusu öldürür - Türk professor açıqladı

Çinin Uhan şəhərindən bütün dünyaya yayılan koronavirusu 48 saat içində məhv edən dərmanın adı açıqlanıb.

Sportinfo.az xəbər verir ki, bu barədə professor Bengi Başer sosial şəbəkədə məlumat paylaşıb. Avstraliyada “İVERMECTİN” adlı parazit əleyhinə dərmanın laboratoriya şəraitində 48 saat müddətində COVİD-19-u öldürdüyü sübut olunub.

Ən qısa müddətdə kliniki prosedurların başladılacağı və müsbət nəticə əldə olunarsa, bəşəriyyətin böyük bəladan xilas olacağı qeyd edilib.

Qeyd edək ki, “İVERMECTİN” parazit infeksiyaların müalicəsində istifadə edilən, bitlənmə, qaşınma, strongiloidiazis, trikuriazis, askariazis ve lenfatik filariasis əleyhinə dərmandır.

Parazit daxilindəki hissələrə bağlanaraq təsir göstərməyə başlayan dərman onu iflic edərək öldürür və infeksiyanı müalicə edir.

“İVERMECTİN”in yorğunluq, enerji itirilməsi, ürək bulanması, qusma, ishal, qaşınma kimi əks-təsirləri var.

Digər Xəbərlər
Xəbər Lenti
3 İyun 12:02 Kamran 2 il "Neftçi"də
3 İyun 01:38 Balotelli MLS klubunda?