"Mutunun "Neftçi"yə gətirdiyi bu oyunçular da heç nə edə bilmir"

15 Noyabr 2023 02:20 Neftçi 5 151
"Mutunun "Neftçi"yə gətirdiyi bu oyunçular da heç nə edə bilmir"

"Neftçi"nin sabiq legioneri Slavko Georgiyevski sportal.az-a müsahibə verib.

Sportinfo.az xəbər verir ki, şimali makedoniyalı mütəxəssis "ağ-qaralar"ın hazırkı durumundan söhbət açıb.

- "Neftçi" ölkə çempionatının son oyununda "Sumqayıt"a evdə 1:2 hesabı ilə uduzdu. Nəticəni necə şərh edərdin?

- Çünki "Neftçi"də oyun görünmür. Düzü, Adrian Mutunun oyun zamanı futbolçulardan nə istədiyi bəlli deyil. Belə olan halda, vəziyyət çətinləşir. İşlər daha da qəlizləşir.

- "Neftçi"də stabillik olmaması nə ilə əlaqədardı? Adrian Mutuya vaxt verilməlidir?

- Bəli, komandada stabillik ümumiyyətlə, yoxdur. Təsəvvür edin, "Neftçi" ardıcıl 2-3 oyun qalib gələ bilmir. Mutunun komandaya yeni gətirdiyi müdafiəçilər də heç nə edə bilmirlər. Bunlar da hamısı nəticəyə birbaşa təsir edir. Təəssüf ki, belədir.

- "Neftçi"yə Adrian Mutu ilə yanaşı 11 transfer reallaşdırdı. Çoxları komandanın daha uğurlu çıxış edəcəyini düşünürdü, amma belə olmadı. Səncə, problem nədədir?

- Hətta 20 futbolçu da gətirə bilərsən. Bu, vacib məsələ deyil. Sadəcə olaraq, oyunçuları yaxşı seleksiya etməlisən. Böyük ehtimalla Mutu bu oyunçuları çoxdandır ki, tanıyır və onları da komandasına dəvət edi. Amma görünür ki, onlarda alınmır. "Neftçi"nin büdcəsi yüksəkdir, lakin ortada nəticə yoxdur.

- Hətta son turdakı uğursuzluqdan sonra "Neftçi" fanatları Adrian Mutunun özünü istefaya səslədi....

-Axı, zaman gedir. "Neftçi" fanatlarının öz fikirləri var. Nə düşünürlərsə, onu da açıq şəkildə deyirlər. Futbol meydanda oynanılır, görülən iş meydanda aydın şəkildə özünü göstərir. Başqa şeylər demək mümkün deyil. Axı hamı görür, nə oynadığına baxır. Ona görə də, hər şey hamıya aydın olur. Sadəcə olaraq, biabırçılıqdır.

- Sənin oynadığın "Neftçi" ilə indiki arasında fərq böyükdür?

- Təbii ki, iki komanda böyük fərq var. Çünki seleksiya ən önəmli məsələdir. O vaxtı biz texnikalı futbol oynayırdıq, daha çox topu saxlayırdıq, dominantlıq edirdik. Amma indi "Neftçi"də bu görünmür. Bizim vaxtımızda əsl komanda var idi, bir-birimizə kömək edirdik, bir ailə kimi yaşayıb, oynayırdıq. Lakin hazırki "Neftçi"də bu qətiyyətn görünmür.

Digər Xəbərlər
Xəbər Lenti
25 Aprel 18:10 Çək və bizə göndər!