Serxio Aquerodan yeni rekord - Anri və Şireri geridə qoydu

13 Yanvar 2020 13:52 Maraqlı 602
Serxio Aquerodan yeni rekord - Anri və Şireri geridə qoydu

"Mançester Siti"nin hücumçusu Serxio Aquero İngiltərə Premyer Liqasının 22-ci turunun "Aston Villa" ilə səfər qarşılaşmasında rekorda imza atıb.

Sportinfo.az xəbər verir ki, 32 yaşlı argentinalı forvard "şəhərlilər"in 6:1 hesabı ilə qalib gəldiyi qarşılaşmada 3 qol vuraraq Premyer Liqada het-triklərinin sayını 12-yə çatdırıb. Bununla da aktivində 11 het-trik olan əfsanəvi Alan Şireri geridə qoyub.

Təcrübəli forvard həm də İngiltərə Premyer Liqası tarixində ən çox qol vuran legioner ünvanına yiyələnib. Aqueronun aktivində 176 qol var. Bundan əvvəlki rekordun sahibi - “Arsenal”ın keçmiş fransız hücumçusu Tyerri Anri 175 dəfə fərqlənə bilmişdi.

Digər Xəbərlər
Xəbər Lenti
23 Aprel 18:40 “İki seçimimiz var”
23 Aprel 16:30 Çək və bizə göndər!