"Şəfa" heyətinə yeni oyunçu qatıb. 21 il sonra Premyer Liqaya qayıtmış paytaxt təmsilçisi bu dəfə yerli bazardan faydalanıb.
I Liqanın çempionu kimi elita ailəsinə dönən klub Fərid Yusifli ilə güclənib.
"Neftçi"nin yetirməsi son iki mövsümü "Turan Tovuz"da keçirib.
Qərb təmsilçisinin sərbəst agent statusu verdiyi yarımmüdafiəçi ilə 1+1 illik müqavilə imzalanıb.
"Şəfa" daha öncə 7 keçidi reallaşdırıb. Onlardan beşi yerli, digər ikisi legionerdir.
Belə ki, Məmməd Hüseynov ("Kəpəz") Arsen Ağcabəyov ("Şamaxı"), Rauf Hüseynli ("Kəpəz"), Nicat Mehbalıyev ("Sabah"), Murad Musayev ("Qəbələ") Vlad Marian Pop (“Unirea Sloboziya”, Rumıniya) və Andrey Fernando Draqu ("Unirea Sloboziya” , Rumıniya) ilə münasibətlərini rəsmiləşdirib.
SPORTİNFO.AZ

