“Barselona”nın yarımmüdafiəçisi Fermin Lopes zədələndiyinə görə İspaniya millisinin 2026-cı il dünya çempionatı üçün heyətində dəyişiklik gözlənilir.
Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, Lopesin yerinə millinin heyətinə düşmək üçün üç futbolçu namizəddir: Ansu Fati (“Monako”), Alberto Moleyro (“Vilyarreal”) və Pablo Fornals (“Betis”).
Daha əvvəl “Barselona”dan bildirilib ki, Lopes “Betis”lə keçirilən La Liqanın 37-ci tur matçında ayağının beşinci metatars (ayağın kənar hissəsi) sümüyünü qırıb.
Onun əməliyyat olunacağı və uzun müddət yaşıl meydanlardan uzaq qalacağı açıqlanıb.
İspaniya millisinin DÇ-2026 üçün yekun heyəti mayın 25-də elan olunacaq. Turniri həmçinin, Dani Karvahal (“Real”) və Alvaro Morata (“Komo”) da buraxa bilər.

