“Sabah”ın baş məşqçisi Valdas Dambrauskas İTV-yə müsahibə verib.
Sportinfo.az xəbər verir ki, o, həm komandasının çempionluğu, həm də “Qarabağ”ın çalışdırıcısı Qurban Qurbanovdan danışıb. Litvalı mütəxəssis Ağdam təmsilçisinin baş məşqçisi haqda xoş sözlər deyib:
“Əla mövsüm keçirdik. Biz 33 oyun uduzmadıq.
Bizim çempionluğumuzda “Qarabağ”ın da rolu böyük idi. Çünki çox güclü rəqibə qarşı oynadıq.
Hansı ki, bu komanda son 12 ilin 11-də Azərbaycan çempionu olub, ölkə futbolunun simasıdır. Onlar qitə arenalarında ölkəni sadəcə bəxtin sayəsində təmsil etməyiblər.
Orada oynayarkən qapıları qarşısında avtobus park etməyiblər, yaxşı hücum futbolu ortaya qoyublar.
Düşünürəm ki, bunu Avropada etmək çox çətindir. Bir komanda Çempionlar Liqasında pley-off oynayırsa, bu işin zirvəsidir.
Liqada hal-hazırda 3 elit məşqçi işləyir ki, onların gördüyü iş hər kəsə bəllidir. Yuri Verniudub “Şerif”i “Real”, Kurban Berdıyevin “Rubin”i “Barselona”ya qalib gəlib.
Qurban Qurbanovun işini də xüsusi qeyd etməliyəm. Mənə hansısa potsovet ölkəsi göstərin ki, bu qədər keyfiyyətli məşqçi işləsin”.

