Mövsümün sonunda baş məşqçi postunu tərk edəcək - İki səbəbdən

18:40 Dünya futbolu 75
Mövsümün sonunda baş məşqçi postunu tərk edəcək - İki səbəbdən

“Əl-Hilal”ın baş məşqçisi Simone İnzaqi mövsümün sonunda postunu tərk edəcək.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, italiyalı mütəxəssisin ayrılığına iki əsas səbəb təsir edib.

Klub rəhbərliyi məşqçinin istəyi ilə həyata keçirilən bəzi transferlərdən narazı qalıb. Həmin futbolçuların gözlənilən nəticəni verməməsi rəhbərliyin etimadını azaldıb.

Bundan başqa, “Əl-Hilal”da rəhbərlik dəyişikliyi baş verib. Yeni rəhbərlərin komandada başqa baş məşqçi ilə işləmək istədiyi bildirilir.

“Əl-Hilal” hazırda Səudiyyə Ərəbistanı çempionatında 33 turdan sonra turnir cədvəlinin 2-ci pilləsində qərarlaşıb. Komanda lider “Əl-Nəsr”dən iki xal geri qalır və çempionluq şansını davam etdirir.

İnzaqi “Əl-Hilal”ın “sükanı arxasına” 2025-ci ilin yayında keçmişdi. O, bundan əvvəl “İnter”də çalışıb və komandanı UEFA Çempionlar Liqasının finalına qədər daşıyıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti