Tanınmış azərbaycanlı agent Türkiyə klubunun baş direktoru ilə nədə razılaşdı?

14:00 Bizimkilər 79
Tanınmış azərbaycanlı agent Türkiyə klubunun baş direktoru ilə nədə razılaşdı?

Türkiyə futbol bazarında və transfer sənayesində öz mövqeyini möhkəmləndirməyə çalışan "Asadov Pro Bridge" agentliyinin təsisçisi, FIFA lisenziyalı agent Emil Əsədov qardaş ölkədəki yüksək səviyyəli işgüzar görüşlərini fasiləsiz davam etdirir. İ

stanbul və İzmirdə keçirilən səs-küylü və uğurlu danışıqlardan sonra agentliyin növbəti rəsmi dayanacağı yenidən İstanbul şəhəri olub.

Aralıq dənizi təmsilçisi "Alanyaspor" Super Liqanın son turunda İstanbulda "Fatih Karagümrük"ün qonağı olduğu üçün komanda heyəti və rəhbərlik tam heyətlə meqapolisə gəlib.

Fürsətdən səmərəli istifadə edən Emil Əsədov klubun İstanbulda olmasını dəyərləndirərək, burada Türkiyə futbolunda özünəməxsus idarəetmə modeli və iqtisadi sabitliyi ilə seçilən "Alanyaspor" rəhbərliyi ilə mühüm toplanğı reallaşdırıb.

Agentliyin rəhbəri klubun baş direktoru Serkan Daldal ilə olduqca məhsuldar və genişmiqyaslı müzakirələr aparıb.

Məhdud büdcə və güclü idarəetmə fəlsəfəsi

Olduqca səmimi və eyni zamanda yüksək peşəkarlıq mühitində keçən görüşün əsas mövzularından birini "Alanyaspor"un mövqe tutma strategiyası və klubun daxili idarəetmə sistemi təşkil edib.

"Alanyaspor" nəhəng büdcələrə sahib olan komandalardan deyil, təxminən 15-16 milyon avroluq olduqca məhdud və rasional bir heyətlə fəaliyyət göstərir.

Klubun infrastrukturu və akademiyası elə də böyük gücə sahib olmasa da, rəhbərliyin qurduğu idarəetmə mexanizmi kifayət qədər maraqlı, çevik və güclüdür.

Məhz bu doğru idarəçilik sayəsində "Alanyaspor" nəhəng büdcəli rəqiblərin fonunda Türkiyə Super Liqasını 11-ci pillədə tamamlamağı bacarıb. Ən əhəmiyyətlisi odur ki, klub artıq son 10 ildir Super Liqada stabil və inamlı oyun nümayiş etdirir.

Bu, uzunmüddətli davamlılıq "Alanyaspor" rəhbərliyinin maliyyəni və komandanı nə dərəcədə peşəkar idarə etdiyinin ən bariz göstəricisidir.

Serkan Daldal və Emil Əsədov görüşdə məhz bu cür rasional büdcəli klubların transfer bazarında necə sağ qaldığını və doğru agentlik tərəfdaşlığının əhəmiyyətini müzakirə ediblər.

Məşqçi hesabatı və yeni mövsümün transfer planlaması

Müzakirələrin ən kritik və maraqlı hissəsi isə birbaşa qarşıdan gələn yay transfer pəncərəsi və klubun heyət planlaması ilə bağlı olub.

Görüşdə yay aylarında "Alanyaspor"un yollarını ayıra biləcəyi oyunçular, yeni mövsümdə komandaya lazım ola biləcək potensial pozisiyalar və transfer hədəfləri ətrafında ilkin müzakirələr aparılıb. B

ununla belə, klubun rəsmi transfer strategiyasının tamamilə baş məşqçinin verəcəyi yekun qərardan asılı olduğu xüsusilə qeyd edilib.

Danışıqlarda bildirilib ki, cari mövsümün başa çatması ilə əlaqədar verilən qısamüddətli istirahətdən sonra baş məşqçi mövcud heyəti və oyunçuların performansını bir daha detallı şəkildə dəyərləndirəcək.

Məhz bu analizdən sonra baş məşqçinin təqdim edəcəyi hesabat əsasında komandada kimlərin qalacağı, kimlərin gedəcəyi rəsmiləşəcək və konkret olaraq hansı mövqelərə transfer ediləcəyi tam dəqiqləşəcək.

Emil Əsədov "Asadov Pro Bridge" agentliyi olaraq klubun baş məşqçisinin hesabatına və büdcə reallıqlarına tam cavab verə biləcək fərqli oyunçu profillərini təqdim etməyə hazır olduqlarını ifadə edib.

Transferlər lomandaların istirahətindən sonra başlayacaq

Yüksək səviyyədə və böyük qarşılıqlı etimad şəraitində keçən danışıqların sonunda rəsmi gedişat da müəyyənləşdirilib.

Qeyd olunub ki, hazırda komandaların mövsüm sonu istirahətdə olması səbəbindən real transfer addımları, rəsmi danışıqlar və imzalar futbolçuların geri dönüşündən dərhal sonra başlayacaq.

Görüşün yekununda bu mühüm günü və qurulan yeni işgüzar körpünü əbədiləşdirmək məqsədilə Emil Əsədov və Serkan Daldal birlikdə xatirə şəkli çəkdiriblər.

Görüşlərin coğrafiyası genişlənir

"Alanyaspor" kimi ciddi və stabil bir idarəetmə strukturu ilə qurulan bu birbaşa əlaqə "Asadov Pro Bridge"in Türkiyə futbol bazarındakı çəkisini daha da artırır.

İstanbulda reallaşan bu mühüm və uğurlu görüşdən sonra Emil Əsədovun 10 günlük "zəncirvari marşrutu" plan üzrə hərəkət etməyə davam edəcək. Növbəti günlərdə agentin Ankara və Bursa şəhərlərində yerləşən digər köklü klubların rəhbərlikləri və idman departamentləri ilə rəsmi görüşləri reallaşacaq.

Transfer mövsümü rəsmən başlamazdan əvvəl həyata keçirilən bu genişmiqyaslı fəallıq, agentliyin regionda ən etibarlı və birbaşa əlaqələrə malik tərəfdaş kimi mövqe tutmaq strategiyasının əsas sübutudur.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti