“Vulverhempton”un yarımmüdafiəçisi Joao Qomes yay transfer dönəmində komandasını dəyişə bilər.
Sportinfo.az “Globo”-ya istinadən xəbər verir ki, braziliyalı futbolçunun xidmətində portuqaliyalı mütəxəssis Joze Mourinyo maraqlıdır.
Xəbərdə bildirilir ki, Mourinyo “Real”ın baş məşqçi postuna qayıtmağa yaxındır və komandanı məhz Qomeslə gücləndirmək istəyir.
Daha əvvəl 25 yaşlı futbolçu ilə “Atletiko”nun da maraqlandığı barədə xəbərlər yayılmışdı.
Qomesin “Vulverhempton”la müqaviləsinin müddəti 2030-cu ilin iyununun sonuna qədərdir.
Hazırda “Benfika”nın “sükanı arxasında” olan Mourinyo 2010-2013-cü illərdə “Real”ı çalışdırıb.

