Musayev “Qarabağ”ı Avropa klubuna dəyişən “sambaçı”nı “oğurlamağ”a cəhd edir

20:20 Hadisə 195
Musayev “Qarabağ”ı Avropa klubuna dəyişən “sambaçı”nı “oğurlamağ”a cəhd edir

“Qarabağ”ın sabiq legioneri Julio Romao “Ferentsvaroş”dan ayrılmağa hazırlaşır.

Sportinfo.az Macarıstan mətbuatına istinadən xəbər verir ki, 28 yaşlı yarımmüdafiəçi “Krasnodar”ın maraq dairəsindədir.

“Sabah”ın keçmiş baş məşqçisi, hazırda Rusiya klubunu çalışdıran Murad Musayevin braziliyalıya maraq göstərdiyi iddia olunur.

“Krasnodar” onun keçidini yayda həll etmək istəyir.

O, “Santa Kruz”(Braziliya), “Santa Klara” və “Qarabağ”da oynadıqdan sonra 2025-ci il fevral ayında “Ferentsvaroş”a keçib.

“Sambaçı”nın müqavilə müddəti 2029-cu il iyunun 30-na qədərdir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti