Rayon komandasının kapitanının başına bu iş gəldi, “ambulans”la götürüb apardılar

19 May 01:50 Hadisə 599
Rayon komandasının kapitanının başına bu iş gəldi, “ambulans”la götürüb apardılar

II Liqanın sonuncu, 27-ci turunda "Şəmkir" "Xankəndi"ni qəbul edib.

Sportinfo.az xəbər verir ki, matçın ikinci hissəsində meydan sahiblərinin kapitanı Tural Məmmədzadə sıradan çıxıb.

Hücumçu rəqibin cərimə meydançası daxilində top uğrunda gedən mübarizə zamanı ağır zədələnib.

Futbolçu meydanı ambulans maşınında tərk edib. Onu Nihad Əliyev əvəzləyib.

Digər Xəbərlər
Xəbər Lenti
28 Avqust 18:10 Çək və bizə göndər!