Bir müddət əvvəl “Kəpəz”də qalmağa isti yanaşan Azər Bağırovun mövqeyi qısa vaxt ərzində tam dəyişib.
Mövsümün sonuna yaxın təcrübəli mütəxəssisin komandadan ayrılacağı artıq, demək olar ki, dəqiqləşib.
“Neftçi” ilə keçiriləcək son turun oyunu onun Gəncə klubundakı son matçı olacaq.
Maraqlıdır ki, bir neçə həftə əvvəl özü rəhbərliklə ilkin danışıq aparıldığını açıqlayır, yeni mövsümdə də komandada qala biləcəyinə mesaj verirdi.
Ancaq sonradan vəziyyət tam fərqli istiqamət aldı. Halbuki mövsümün gedişində hazırki idarəçilər geri qaytararaq, ona güvəndiyini göstərmişdi.
Ümumiyyətlə, klubdakı sturktur dəyişikliyindən sonra komanda daxilində də ab-hava həmişə yüksək olub.
Amma Azər Bağırovun adının başqa klublarla, xüsusilə “Şamaxı” ilə hallanması bütün diqqətləri onun üzərinə yönəltdi. Bundan sonra çalışdırıcının açıqlamaları da dəyişməyə başladı.
Əvvəlki kimi konkret danışmayan Bağırov artıq “cabah nə olacağını zaman göstərəcək” kimi ifadələrlə gündəmə gəlirdi.
Bu isə istər-istəməz müəyyən suallar yaradır.
Əgər hər şey qaydasında idisə və tərəflər əməkdaşlığı davam etdirməyə yaxın idilərsə, qısa müddətdə nə dəyişdi? Görünən odur ki, baş məşqçi özü yeni variantlar üzərində düşünməyə başlayıb.
Əslində bu, “Kəpəz” üçün yeni vəziyyət deyil. Azər Bağırov ötən mövsümün sonunda da klubdan ayrılmışdı. İndi isə oxşar ssenari yenidən təkrarlanır.
Fərq ondadır ki, bu dəfə ayrılığın təşəbbüskar tərəfinin məhz məşqçi olduğu düşünülür.
Klub daxilində isə artıq yeni mövsümün planlamasına start verilib. “Kəpəz” rəhbərliyi daha stabil layihə qurmağa çalışdığı vaxtda, baş məşqçinin yenidən ayrılmaq qərarı verməsi müəyyən sual işarələri yaradır.
Xüsusilə də komandanın çətin dönəmdən yeni çıxdığı bir vaxtda bu qərar isə birmənalı qarşılanmır.
SPORTİNFO.AZ

