"Problemin bu yerə gəlib çıxmasını qətiyyən arzulamazdıq"

18 May 23:40 Qəbələ 86
"Problemin bu yerə gəlib çıxmasını qətiyyən arzulamazdıq"

“Premyer Liqadakı yerimizi qorumaq istəyirik”.

Bu sözləri Sportinfo.az-a açıqlamasında “Qəbələ“nin müdafiəçisi Eduardo Kunde deyib.

Almaniya pasportu daşıyan legioner çempionatda qalmaq məqsədinə çatmaqdan ötrü əllərindən gələni edəcəklərini bildirib:

“Bunun üçün 3 xalın yeri başqadır. Qarşıdakı son oyundan maksimum xalla ayrılıb, pley-off mərhələsinə yaxşı əhval-ruhiyyə ilə hazırlaşmaq istəyirik.

Əlbəttə, problemin bu yerə gəlib çıxmasını qətiyyən arzulamazdıq. Komandamız mövsüm ərzində çoxlu yaxşı oyun keçirdi.

“Qarabağ“dan da xal aldıq. Ancaq bəxtsizlik yaşadığımız xeyli an oldu.

Yenə də liqada qalmaq şansımız var və onu dəyərləndirməyimiz lazımdır“.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti