Yeniyetmələrimiz Rusiyada keçirilmiş turnirdə iki medal əldə etdi

19 May 03:50 Cüdo 361
Yeniyetmələrimiz Rusiyada keçirilmiş turnirdə iki medal əldə etdi

Azərbaycanın yeniyetmə cüdolçuları Rusiyanın Xabarovsk şəhərində Vasili Oşepkovun xatirəsinə həsr olunmuş beynəlxalq turnirdə iki medal qazanıblar.

Sportinfo.az xəbər verir ki, bu barədə Azərbaycan Cüdo Federasiyasından məlumat verilib.

Yarışda 5 idmançı ilə təmsil olunan komanda 1 qızıl və 1 bürünc medal əldə edib.

Polad Həsənli (81 kq) bütün görüşlərdən qalib ayrılaraq qızıl medala yiyələnib. Zaməddin Bağırov (66 kq) yarışı bürünc mükafatla başa vurub.

Turnirdə 13 ölkədən 300-dək cüdoçu mübarizə aparıb.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti
17 İyun 16:50 Çək və bizə göndər!