“Mançester Yunayted”in yarımmüdafiəçisi Kazemiro klubdan ayrılığını emosional paylaşımla elan edib.
O, son turda “Old Trafford”da komanda ilə son oyununa çıxıb.
“Qırmızı şeytanlar” həmin qarşılaşmada “Nottingem Forest” üzərində 3:2 hesablı qələbə qazanıblar. Oyundan sonra Kazemiro azarkeşlərlə vidalaşıb və daha sonra sosial şəbəkədə paylaşım edib.
Sportinfo.az xəbər verir ki, braziliyalı futbolçu paylaşımında Mançester şəhərinin onun üçün həmişə xüsusi yer olacağını vurğulayıb:
“Həyatda elə yerlər var ki, onlar bizim bir parçamıza çevrilir. Mançester həmişə mənim evim olacaq.
Klub, şəhər və azarkeşlərə səmimi təşəkkür edirəm. Bu dörd il mən və ailəm üçün unudulmaz oldu. Həmişə “qırmızı şeytan” kimi qalacam”.
34 yaşlı yarımmüdafiəçi mövsümün sonunda – “Mançester Yunayted”lə müqaviləsinin müddəti bitdikdən sonra azad agent olacaq.

