“Qarabağ”ın yeni transferi “instagram”da vida paylaşımı etdi

20:00 Qarabağ 198
“Qarabağ”ın yeni transferi “instagram”da vida paylaşımı etdi

“Qarabağ”ın növbəti mövsüm üçün ilk transferinin adı məlumdur.

"Köhlən atlar” iyunda Jali Muaddibin anonsunu ictimaiyyətə təqdim edəcək.

Tərəflər arasında bütün detallar müzakirə olunub və razılaşdırılıb. Son anda ortaya hansısa əmma çıxmasa, fransalı vinger Bakıya gələcək.

25 yaşlı sol cinah oyunçusu ötən ilin yayında 1 illik anlaşdığı “Omoniya”dan ayrılıb.

O, “instagram” hesabında etdiyi paylaşımla Kipr klubundan getdiyini rəsmən bəyan edərək bu sözləri yazıb:

“Vidalaşmağın vaxtıdır.

Əvvəlcə komandanın möhtəşəm nəticələrində iştirak edən hər kəsi təbrik etmək istəyirəm.

Oyunçular, işçilər, ictimaiyyət, azarkeşlər, bu mövsümü sizinlə bölüşməkdən məmnun oldum və mənə belə inanılmaz bir il yaşatdığınız üçün hamınıza təşəkkür etmək istəyirəm.

Əlvida, “Omoniya”! Hər şey üçün təşəkkür edirəm”.

Kipr klubunun “10 nömrəsi” ötən mövsüm meydana çıxdığı 32 oyunda 4 qol və 8 assistlə yadda qalıb.

HƏBİB / SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti