“Qarabağ”dan yeni transfer, 3 illik müqavilə - RƏSMİ MƏLUMAT

18 May 19:20 Qarabağ 1 526
“Qarabağ”dan yeni transfer, 3 illik müqavilə - RƏSMİ MƏLUMAT

"Qarabağ" fransalı vinger Jali Muaddibi transfer edib.

Sportinfo.az xəbər verir ki, bu barədə klub məlumat yayıb.

Onunla 3 illik müqavilə imzalanıb.

Bu gün tibbi müayinədən keçən 25 yaşlı futbolçu 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. O, komandada 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Muaddib Fransanın U-19 milli komandasının formasını geyinib.

Digər Xəbərlər
Xəbər Lenti
7 Noyabr 18:10 Çək və bizə göndər!
7 Noyabr 17:40 Biri belə, biri elə