“Barselona” braziliyalı hücumçu ilə maraqlanır - Premyer Liqadan

19 May 15:20 İspaniya 889
“Barselona” braziliyalı hücumçu ilə maraqlanır - Premyer Liqadan

“Barselona” yayda komandadan ayrılacağını açıqlayan polşalı hücumçu Robert Levandovski üçün əvəzləyici axtarışını davam etdirir.

Sportinfo.az “El Nacional”-a istinadən xəbər verir ki, Kataloniya təmsilçisi “Arsenal”ın forvardı Qabriel Jezusla maraqlanır.

Londonlular braziliyalı forvardı 45 milyon avro qarşılığında satmağa hazırdır.

Bununla belə, “transfermarkt” portalı 29 yaşlı futbolçunun bazar dəyərini 20 milyon avro olaraq qiymətləndirir.

Jezusun “topçular”la müqaviləsinin müddəti gələn ilin yayında başa çatacaq.

37 yaşlı Levandovski bir neçə gün əvvəl mövsümün sonunda “Barselona”dan ayrılacağını açıqlayıb və dünən “Kamp Nou”da azarkeşlərlə vidalaşıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?