Bu transfer “Qarabağ”a hansı məbləğə başa gəldi?

15:00 Qarabağ 200
Bu transfer “Qarabağ”a hansı məbləğə başa gəldi?

2026/27 mövsümünün transfer çalışmalarına start verən “Qarabağ” ilk futbolçu keçidini gerçəkləşdirib.

Jali Muaddiblə 3 illik müqavilə imzalanıb.

25 yaşlı futbolçu legionerlə 2029-cu ilin yayına qədər “Qarabağ”da çıxış edəcək. Fransalı vinger 7 nömrəli formanı geyinəcək.

Jalinin son klubu Kipr təmsilçisi “Omoniya” (Aradippou) olub. O, karyerası ərzində Fransada “Lill” və “Anje”nin B komandalarında, həmçinin, “Avranş”da, Rumıniyada “Botoşani”də çıxış edib.

Fransanın U-19 millisinin də formasını geyinmiş Muaddiblə anlaşma 5 ay öncə əldə olunub. Bu haqda ilk informasiyanı saytımızın yaydığını da xatırladaq.

Fransalı “Qarabağ“a böyük məbləğə başa gəlməyib. Sol cinah oyunçusu burada illik 300 min avro ətrafında bir məbləğ əldə edəcək.

Növbəti illərdə isə bu rəqəm tədricən artırılacaq. “

Omoniya” onunla müqavilənin müddətini uzatmağa bir neçə dəfə cəhd göstərib, fəqət, Jali avrokubokların qrupp mərhələlərində oynamaq arzusuyla Azərbaycanın yolunu tutub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti