Sabah "Sea Breeze"də təməli atılacaq möhtəşəm stadionun FOTOsu

10:40 Gündəm 184
Sabah "Sea Breeze"də təməli atılacaq möhtəşəm stadionun FOTOsu

Sabah Mərdəkan qəsəbəsində yeni stadionun təməli atılacaq.

Konkret yer olaraq "Sea Breeze" ərazisi seçilib.

Bura "Sea Breeze Arena" adlandırılacaq.

Futbol qurğusunun 5000 nəfərlik tututma malik olması nəzərdə tutulub. Layihədə UEFA standartları gözə alınıb.

Buna əsasən, məkan beynəlxalqmiqyaslı oyunları qəbul edə biləcək. Sonradan bura ikinci-üçüncü dərəcəli ulduzun verilməsi gözlənilir.

Təqdimat mərasimi «See Brerze»dəki «Grand Hall»da təşkil ediləcək. Burada futbol ictimaiyyəti ilə yanaşı, yüksək vəzifəli məmurların işirakı da planlaşdırılır.

"Sea Breeze"in təsisçisi tanınmış iş adamı Emin Ağalarovdur.

"Sea Breeze" Bakı şəhərinin Nardaran qəsəbəsi ərazisində 500 hektar ərazini əhatə edən 25-dən çox layihəni, 50-dən çox restoranı, kafe və barları, 60 hovuzu, sosial obyektləri, abadlaşdırılmış 6,5 km çimərlik ərazisini və 150 hektar yaşıl sahəsini cəmləşdirən kurort məkanıdır.

18 aprel 2025-ci ildə Azərbaycan Prezidenti İlham Əliyev və ailəsi "Sea Breeze" istirahət mərkəzində görülən işlərlə tanış olub.

Burada hovuzlar, fitnes mərkəzləri, restoranlar, kafelər, uşaq və idman meydançaları, qaçış və velosiped yolları, fəvvarələr yaradılmışdır, məktəb, uşaq bağçası və xəstəxana var.

2028-ci ilədək burada aypara şəklində süni yarımadanın yaradılması planlaşdırılıb.

Bu yarımadada mehmanxana şəbəkələrinin hotelləri, ticarət mərkəzləri, yaxtalar üçün dayanacaqlar, 40 mindən çox tamaşaçı tutumu olan konsert meydançası yerləşəcək.

Ərazinin əhalisinin sayı 20 min nəfərdir. Layihəyə 3 milyard ABŞ dolları investiya qoyulub.

SPORTİNFO.AZ

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti