İştirak ərizəsi açıqlandı - 40 yaşında dünya çempionatına çağırıldı

İştirak ərizəsi açıqlandı - 40 yaşında dünya çempionatına çağırıldı

Xorvatiya millisinin DÇ-2026 üçün iştirak ərizəsi açıqlanıb. Siyahıda 26 əsas futbolçu və 7 ehtiyat oyunçu yer alıb.

Sportinfo.az xarici KİV-ə istinadən xəbər verir ki, heyətdə diqqət çəkən əsas məqamlardan biri Luka Modriçin də yer almasıdır.

Hazırda “Milan”da çıxış edən 40 yaşlı yarımmüdafiəçi karyerasında sayca beşinci dünya çempionatına qatılmağa hazırlaşır.

Modriç daha əvvəl 2006, 2014, 2018 və 2022-ci illərdə mundiallarda iştirak edib. Xorvatiya millisi onun kapitanlığı ilə 2018-ci ildə finala qədər irəliləmiş, həlledici matçda Fransa yığmasına 2:4 hesabı ilə məğlub olmuşdu.

Xorvatiya millisinin heyətində həmçinin, Yoşko Qvardiol, İvan Perişiç, Mateo Kovaçiç və Yosip Stanişiç kimi tanınmış futbolçular da yer alıb.

Xorvatlar qrup mərhələsində İngiltərə, Panama və Qana milliləri ilə mübarizə aparacaq.

11 iyun-19 iyul tarixlərini əhatə edəcək mundial ABŞ, Kanada və Meksika olmaqla üç ölkədə keçiriləcək. Turnirə 48 komanda qatılacaq.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti