Baş məşqçi ilə yeni kontrakt imzalayacağını rəsmən təsdiqlədi - “Barselona”

00:10 İspaniya 74
Baş məşqçi ilə yeni kontrakt imzalayacağını rəsmən təsdiqlədi - “Barselona”

“Barselona” baş məşqçi Hans-Diter Fliklə yeni müqavilə imzalayacağını rəsmən təsdiqləyib.

Sportinfo.az “Marca”-ya istinadən xəbər verir ki, müqavilənin imzalanma mərasimi bu gün klub prezidenti Xuan Laportanın ofisində qapalı formatda keçiriləcək.

Daha əvvəl tərəflərin əməkdaşlığın müddətinin uzadılması ilə bağlı şifahi razılığa gəldiyi bildirilirdi.

Gözlənilir ki, almaniyalı mütəxəssis müddəti 2028-ci ilin iyununa qədər nəzərdə tutulan yeni müqaviləyə imza atacaq. Sözləşmədə müddətin daha bir mövsümlük uzadılması şərtinin də yer alacağı vurğulanır.

Flik həm Barselonadakı həyatından, həm də komanda ilə işindən razıdır. Klub rəhbərliyi də son iki mövsümdə beş titul qazanan çalışdırıcıya tam etibar edir.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti