“Santos”un hücumçusu Neymar 2026-cı il dünya çempionatında Braziliya millisində oynamaq ehtimalı barədə danışıb.
Komanda.az xarici KİV-ə istinadən xəbər verir ki, o, bunu söyləyib:
“Karlo Ançelotti baş məşqçidir və komandada yer almağa layiq olub-olmadığıma qərar verən o olacaq.
Həmişə demişəm, dünya çempionatında oynamaq mənim əsas məqsədimdir. Bunun üçün çox çalışmışam.
Heyətə düşməsəm belə, yenə də azarkeş kimi Braziliya millisini dəstəkləyəcəm”.
Neymar yğmada 79 qol vuraraq, Braziliya millisində bütün zamanların ən çox qol vuran oyunçusu adını qazanıb.
Daha əvvəl 34 yaşlı futbolçunun 11 iyun-19 iyul tarixlərində ABŞ, Kanada və Meksikada keçiriləcək mundial üçün millinin genişləndirilmiş siyahısına əlavə edildiyi bildirilib.
Braziliya millisi dünya çempionatının qrup mərhələsində Mərakeş, Haiti və Şotlandiya yığmaları ilə qarşılaşacaq.

