Sabah"ı qarşıda Çempionlar Liqası hekayəsi gözləyir".
Sportinfo.az xəbər verir ki, bunu "Sabah"ın qapıçısı Stas Pokatilov deyib.
Qazaxıstan millisinin də formasını geyinən qolkiper Azərbaycanda "qızıl dubl" etmələri barədə danışıb:
"Komanda olaraq hamımız çox xoşbəxtik. Həm Premyer Liqada, həm də Azərbaycan Kubokunda çempionluq yaşadıq.
Möhtəşəm bir mövsüm keçirdik, iki titul qazandıq və klub adına böyük bir tarix yazdıq. Mən də bu tarixin bir parçası olduğum üçün sevincliyəm.
Qazaxıstandakı yaxınlarım, dostlarım bu uğur münasibəti ilə məni təbrik etdilər. İndi isə növbəti mövsümə hazırlaşacağıq.
Qarşıda bizi başqa bir hekayə - Çempionlar Liqası hekayəsi gözləyir. İnanıram ki, orada da uğurlar əldə edəcəyik.
Amma əvvəlcə yaxşı istirahət etməliyik. Çünki mövsüm boyunca çox güc sərf etdik.
Evə gedib doğmalarımızı, yaxınlarımızı görməliyik və sonra yeni güclə növbəti mövsümə hazırlaşmalıyıq".
"Sabah" Misli Premyer Liqasının XXXII turunda doğma meydanda "Neftçi"yə 1:2 hesablə ilə uduzub. Bununla belə, komanda bir neçə tur əvvəldən çempionluğu rəsmiləşdirib.

