"Feyenoord”un vingeri Rahim Sterlinqin klubdakı gələcəyi hələ də dəqiqləşməyib.
Sportinfo.az xəbər verir ki, bu barədə “fr12.nl” portalı məlumat yayıb.
Xəbərə görə, komandanın baş məşqçisi Robin van Persi əvvəlcə ingiltərəli futbolçuya klubla yolların ayrılacağını bildirsə də, daha sonra bu məlumatı təkzib edib. A
rdınca Sterlinqə yeni müqavilə təklif olunduğu barədə xəbərlər yayılsa da, klub həmin informasiyanı da inkar edib.
Qeyri-müəyyənliyin əsas səbəbi klubda hazırda baş və texniki direktor postlarının vakant qalmasıdır. Van Persi mətbuat konfransında bu məsələyə toxunaraq belə deyib:
“Futbolçular bir qədər gözləməlidirlər. Yeni rəhbərlik formalaşdıqdan sonra müzakirələri birlikdə davam etdirəcəyik”.
Baş məşqçinin sözləri yalnız Sterlinqə deyil, heyətdəki bir sıra digər oyunçulara da aiddir. Onların arasında əsas heyətdə yerini itirən bahalı transfer Qonsalo Borjeş də var.
31 yaşlı Sterlinq cari mövsümdə 8 oyunda meydana çıxıb və 1 məhsuldar ötürmə verib. Onun klubu ilə müqaviləsinin müddəti gələn ayın 30-da başa çatacaq.
O, karyerası ərzində “Liverpul”, “Mançester Siti”, “Çelsi” və “Arsenal” kimi klubların formasını geyinib.

