Klub prezidenti ilə görüşdü, baş məşqçi vəzifəsindən ayrıldı

18 May 18:20 Türkiyə 1 070
Klub prezidenti ilə görüşdü, baş məşqçi vəzifəsindən ayrıldı

"Beşiktaş"ın baş məşqçisi Sergen Yalçın vəzifəsindən ayrılıb.

Sportinfo.az xəbər verir ki, bu haqda "TRT Spor" məlumat yayıb.

53 yaşlı mütəxəssis klub prezidenti Serdar Adalı ilə görüşüb. Bildirilib ki, həmin görüşdən sonra S.Yalçın klubdan ayrılmaq qərarına gəlib.

O, 2025-ci ilin avqust ayından bu vəzifəni yerinə yetirirdi. İstanbul təmsilçisi cari mövsüm S.Yalçının rəhbərliyi altında Superliqanı 60 xalla 4-cü pillədə başa vurub.

Mütəxəssis həmçinin 2020-21-ci illərdə də "Beşiktaş"ı çalışdırıb.

Digər Xəbərlər
Xəbər Lenti
19 Oktyabr 18:10 Çək və bizə göndər!
19 Oktyabr 14:30 "Sportinfo TV”də GÜNDƏM
19 Oktyabr 09:40 “Zirə” cadulanıb?