Çempionlar Liqasının qalibi oldu, azərbaycanlı müğənninin ifasını səsləndirdu - VİDEO

19:20 Hadisə 153
Çempionlar Liqasının qalibi oldu, azərbaycanlı müğənninin ifasını səsləndirdu - VİDEO

Türkiyə millisinin futbolçu Merih Demiralın çıxış etdiyi “Əl-Əhli” Asiya Çempionlar Liqasının qalibi olub.

Sportinfo.az xəbər verir ki, Səudiyyə Ərəbistanı təmsilçisi tarixi uğuru möhtəşəm mərasimlə qeyd edərkən, Merih Demiralın meydana çıxışı xüsusilə diqqət çəkib.

Türkiyəli müdafiəçi çempionluq şənliyində meydana məşhur “Çırpınırdı Qara dəniz” mahnısının sədaları altında daxil olub.

Onun bu seçimi azarkeşlər tərəfindən maraqla qarşılanıb və görüntülər qısa müddətdə sosial şəbəkələrdə geniş yayılıb.

Mahnının sözləri Əhməd Cavada, musiqisi Üzeyir Hacıbəyliyə aiddir. Mahnı bir çox ifaçılar tərəfindən səsləndirilsə də, Türkiyədə Azərbaycanın Xalq artisti Azərinin ifasında xüsusən məşhurdur.

Store Neftchi
Digər Xəbərlər
Xəbər Lenti