Albaniya çempionatında 2025/26 mövsümünün final mərhələsinə start verilib.
Sportinfo.az xəbər verir ki, Azərbaycan millisinin müdafiəçisi Zamiq Əliyevin çıxış etdiyi “Eqnatiya” səfərdə “Elbasani” ilə qarşılaşıb və 4:0 hesabı ilə qalib gəlib.
Start heyətdə meydana çıxmış Əliyev 88-ci dəqiqədə - bütün qollar vurulduqdan sonra əvəzlənib. O, 36-cı dəqiqədə sarı vərəqə də alıb.
“Eqnatiya” hazırda 31 xalla final mərhələsində mübarizə aparan dörd komanda arasında 1-ci pillədə qərarlaşıb.

