Joze Mourinyo Madrid “Real”ının yeni baş məşqçisi təyin olunur.
Sportinfo.az xəbər verir ki, bu barədə tanınmış insayder Fabrizio Romano sosial şəbəkə hesabında məlumat yayıb.
Bildirilir ki, tərəflər 2028-ci ilin yayına qədər nəzərdə tutulan müqavilə imzalayacaq və razılaşma tam yekunlaşıb.
Məlumata görə, Madrid klubu Mourinyonun hazırkı komandası “Benfika”ya müqaviləyə vaxtından əvvəl xitam verilməsi üçün 6 milyon avro təzminat ödəyəcək.
Daha əvvəl yayılan xəbərlərdə portuqaliyalı mütəxəssisin “kral klubu”nda transfer qərarlarında da söz sahibi olacağı bildirilirdi.
Joze Mourinyo daha əvvəl 2010-2013-cü illərdə də Madrid “Real”ını çalışdırıb. Onun rəhbərliyi altında komanda İspaniya çempionluğu, ölkə kuboku və Superkubokunu qazanıb.

