Tanınmış azərbaycanlı məşqçidən toyda maraqlı rəqs - VİDEO

15 Yanvar 2023 11:40 Maraqlı 1 444
Tanınmış azərbaycanlı məşqçidən toyda maraqlı rəqs - VİDEO

Sosial şəbəkələrdə tanınmış idman ustası, Əməkdar məşqçi Ceyhun Rüstəmovun toyda çəkilmiş səmimi görüntüləri yayılıb.

Boks üzrə yığmada çalışmış mütəxəssisin rəqs meydançasında özünü rinqdəki kimi hiss etməsi izləyicilər tərəfindən maraqla qarşılanıb.

O, 2001-2004-cü illərdə Müdafiə Nazirliyi Mərkəzi Ordu İdman Klubunda boks və kikboksinq üzrə məşqçimüəllim kimi fəaliyyət göstərib.

2004-cü ilin dekabr ayından etibarən Azərbaycan milli komandasında böyük məşqçi köməkçisi kimi işləyib.

2008-ci ildən Azərbaycan Həmkarlar İttifaqı Konfederasiyasının “Zenit” İdman Cəmiyyətinin və eyni zamanda, 2018-ci ildən bu günə kimi Dövlət Gömrük Komitəsi İdman Sağlamlıq İdarəsində gömrük əməkdaşlarının fiziki hazırlığı üzrə aparıcı məşqçi çalışır.

20 ilə yaxın vaxt ərzində şəxsi yetirmələri və təmsil olunduğu komanda məşqçi heyəti ilə bir dəfə Avropa birinciliyinin qalibi, üç dəfə Avropa birinciliyinin mükafatçısı, bir dəfə dünya kubokunun mükafatçısı və dəfələrlə Azərbaycan birincilik və çempionatlarının qalib və mükafaçılarını yetişdirib.

2013-cü ildən Azərbaycan Respublikasının Əməkdar məşqçisidir. Beynəlxalq Həvəskar Boks Assosiasiyasının birinci star dərəcəli məşqçisidir.

SPORTİNFO.AZ

VİDEONU BU LINKƏ DAXİL OLARAQ İZLƏYİN:

\

Digər Xəbərlər
Xəbər Lenti
26 Aprel 18:10 Çək və bizə göndər!
26 Aprel 01:40 "O, bizə yalan dedi"